Ermənistanın baş naziri Nikol Paşinyan ona ölkədən qaçmağı məsləhət görən eks-prezident Levon Ter-Petrosyana cavab verib.
Bizim.Media xəbər verir ki,Paşinyan bu barədə bu gün Araqaçotn bölgəsinə səfəri zamanı çıxış edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan Naxçıvanla kommunikasiya imkanını əldə etməlidir" - Paşinyan
Ermənistan Baş naziri deyib ki, Ter-Petrosyan öz karyerasında iki dəfə çox yaxşı qaçış nümunəsi göstərib:
“Levon Ter-Petrosyan deyir ki, baş nazir Ermənistanı tərk edib, başqa bir ölkədə sığınacaq tapacaq. Anlamadım. Ter-Petrosyan siyasi karyerası boyunca iki dəfə çox yaxşı bir qaçış nümunəsi göstərdi.
Mən ölkədən qaça biləcək bir insana bənzəyirəm? Əgər insanlar məni güllələyəcəklərinə qərar verməli olsalar, atəş önündə-divarın qarşısında dik dayanacağam. Heç kim düşünməsin ki, insanların verdiyi hər hansı qərardan qaçacağam”.
Bizim.Media