Xəbər verdiyimiz kimi Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib. Qərara əsasən yaxın gələcəkdə bu yoldan istifadə edəcək sürücülər ödəniş etməli olacaqlar.
Bəs, ödəniş necə tənzimlənəcək və hansı qiymətlər olacaq?
Suala cavab almaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirdi ki, hökümət qərarını açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli olacaq
“Amma bu qərarın icrası zaman istəyir. Əvvəla ona görə ki, hələ ki, adı gedən avtomobil yolunda tikinti işləri yekunlaşmayıb. Tikinti işləri yekunlaşandan sonra ödənişləri həyata keçirəcək qurğular quraşdırılacaq. Və bundan sonra ödənişlər olacaq.
O ki, qaldı yoldan istifadə edənlər hər kilometrə görə nə qədər ödəniş edəcəklərinə, bunu AAYDA yox, Tarif Şurası müəyyən edəcək”.
Surxay Atakişiyev, Bizim.Media