Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli olacaq

Hazırda oxunan: Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli olacaq

153978

Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib. 

Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. 
Ödənişli avtomobil yolunun texniki göstəriciləri: 

- texniki dərəcəsi - I b; 

- hərəkət zolaqlarının sayı - 4; 

- hərəkət zolağının eni - 3,75 metr; 

- yol çiyninin eni - 3,75 metr; 

- ayırıcı zolağının eni - 5 metr; 

- torpaq yatağının eni - 27,5 metr; 

- dayanma zolağının eni - 2,5 metr; 

- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr; 

- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - 1 metr. 

Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu, marşrutu və əsas  texniki göstəriciləri: 

- uzunluğu - 142 kilometr; 

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-194-cü kilometrədək olan hissəsi; 

- texniki dərəcəsi - 80 kilometr I b dərəcəli, 62 kilometr II dərəcəli; 

- hərəkət zolaqlarının sayı - I b dərəcəli yol üzrə 4, II dərəcəli yol üzrə 2; 

- hərəkət zolağının eni - 3,75 metr; 

- yol çiyninin eni - 3,75 metr; 

- ayırıcı zolağının eni - I b dərəcəli yolda 5 metr; 

- torpaq yatağının eni - I b dərəcəli yol üzrə 27,5 metr, II dərəcəli yol üzrə 15 metr; 

- dayanma zolağının eni - 2,5 metr; 

- yol çiyninin bərkidilmiş zolağının eni - 0,75 metr; 

- ayırıcı zolaqda bərkidilmiş zolağın eni - I b dərəcəli yolda 1 metr. 

Qərara əsasən, Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir. 

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri: 

- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri; 

- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi. 

Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr. 

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri: 

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi; 

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu; 

- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi; 

- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu; 

- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin