"Hazırda ölkə üzrə 21 180 ibtidai sinif müəllimi sertifikasiya imtahanında uğur qazanıb. 7 594 Azərbaycan dili və ədəbiyyatı müəllimi də bu mərhələdən keçib".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev
Nazirin sözlərinə görə, ölkə üzrə 674 nəfərin təkrar imtahanda iştirakı nəzərdə tutulur. O bildirib ki, təkrar sertifikatlaşdırmada 21 nəfər 0-9 bal toplayıb.
Alçina Amilqızı, Bizim.Media