“Növbəti tədris ilində 220 min uşaq məktəbəqədər təhsilə cəlb olunacaq".
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev
Nazirin sözlərinə görə, son bir ildə tərbiyəçi vəzifəsinə müsabiqə yolu ilə 241 nəfər işə götürülüb.
"İl ərzində 50 bağça müdiri işdən azad edilib. İcma əsaslı qrupların sayının artırılması və yeni alternativ modellərin tədbiqi planlaşdırılır", - nazir deyib.
Alçina Amilqızı, Bizim.Media