“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev 

Hazırda oxunan: “Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev 

153944

İşğaldan azad olunmuş ərazilərdə 2023-2024-cü ill yeni tədris ilində 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. 

Bizim.Media xəbər verir ki bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.  

Nazir qeyd edib ki, tədris ili üzrə 300 min işçi heyəti, 2,1 milyon təhsilalan var:  

"Zəngilan rayonu Ağalı kənd tam orta məktəbin - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası - 1 qrup), 

Tərtər rayonu Talış kənd tam orta məktəbi  - 7 sinif, 19 şagird, 8 müəllim (Talışkənd uşaq bağçası - 1 qrup),

Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi - 11 sinif, 104 şagird, 15 müəllim,  

Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim,

Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif, 349 şagird, 25 müəllim qeydiyyatdadır". 

Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin