“DİM-in test hazırlamaq səlahiyyəti ƏLİNDƏN ALINMALIDIR”

Hazırda oxunan: “DİM-in test hazırlamaq səlahiyyəti ƏLİNDƏN ALINMALIDIR”

153875

Repetitorluq fəaliyyətinin genişlənməsi təhsil sisteminin ən aktual problemlərindən biridir. Ali məktəbə qəbul olmaq sevdasına düşən hər bir abituriyent 11 illik məktəbin öyrətmədiyi tədrisi 1-2 ilə repetitor yanında öyrənərək hədəfinə nail ola bilir. Yetər ki, valideyn pul xərcləsin. O da faktdır ki,  şagirdlər təkcə məktəb dərsləri ilə uğur qazana bilməzlər. Çünki müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmağa bir növ sövq etmiş olurlar.

Bundan əlavə ali məktəbə qəbul imtahanlarının sualları 11 illik tədris proqramı ilə kifayətlənmir.  

Bu anormal sistemə nə vaxt son qoyulacaq? Niyə imtahan sualları 11 illik tədrislə kifayətlənməməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

DİM bu abituriyentlərə MÜRACİƏT ETDİ  


Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün repetitorluq dediyimiz kölgə təhsili ona görə ölkədə baş alıb gedir ki, Dövlət İmtahan Mərkəzinin test mexanizmi ümumtəhsil məktəblərinə inam və etimadı azaldır:

“Həmçinin, Azərbaycan gəncinin istədiyi ixtisas üzrə ali məktəbə qəbul olmaq şansını əlindən alır. O baxımdan repetitorluğun bu qədər geniş yayılması məhz Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. DİM-in özünün proqramı, dərslikləri və dəsti-xətti var. Bu dəsti-xətt elə formadadır ki, Azərbaycan gənci əlavə kursa və ya müəllim yanına getməsə DİM imtahana hazırlaşa bilmir. 

Bu problemi aradan qaldırmaq üçün DİM-in test hazırlamaq səlahiyyəti əlindən alınmalıdır və DİM texniki bir quruma çevrilməlidir.

Test hazırlamaq Nazirlər Kabineti və ya Prezident Aparatı yanında xüsusi Testologiya İnstitutunda hazırlanmalıdır. Testlər şagirdlərin bu gün məktəbdə öyrəndikləri bilik və bacarıqlarına aid olmalıdır. Belə olarsa, repetitorluq minimuma endiriləcək və bu sahədə olan sosial ziddiyyətlər aradan qalxacaq”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin