Qaxda 7 məzun 600 baldan yuxarı nəticə göstərib

Hazırda oxunan: Qaxda 7 məzun 600 baldan yuxarı nəticə göstərib

153862

Ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan qaxlı gənclər rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Qax rayon Təhsil Sektoru tərəfindən mükafatlandırılıblar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il rayon üzrə ali məktəblərə sənəd vermiş 316 məzundan 200-ü tələbə adını qazanıb.

Qəbul imtahanlarında məzunlardan 23 nəfəri 500-700 bal arası, o cümlədən 7 nəfər 600 baldan yuxarı nəticə göstərib.

İmtahanlarda Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyin məzunu Elgün Hacıxanlı rayon üzrə hamıdan çox – 672 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.

Namiq Allahverdiyev adına şəhər 2 nömrəli məktəb-liseyin məzunları Toğrul Abdulla 651 balla Bakı Mühəndislər Universitetinə, Gülnar Mütəllibova 647 balla Bakı Dövlət Universitetinə, Nərgiz Paşayeva 618 balla Azərbaycan-Fransız Universitetinə, Nərmin Musazadə 608 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Nizami adına İlisu kənd tam orta məktəbin məzunu Pəri Məmmədli 630 balla, Əziz Abdullayev adına Marsan kənd tam orta məktəbin məzunu Leyla Tağızadə 625 balla Azərbaycan Tibb Universitetinə qəbul olunublar.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, gəncləri tələbə adı qazanması münasibətilə təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb. 
Tədbirdə çıxış edənlər ali məktəbə qəbul olunan gəncləri təbrik edib, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb.

Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərə hədiyyələr təqdim olunub. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin