Bu gün səhər Qubanın 2-ci Nügədi kəndində qəzada ölən 23 yaşlı İnci İlham qızı Səfərlinin meyiti bu dəqiqələrdə doğulduğu Göyçay şəhərinə gətirilib.
Bizim.Media xəbər verir ki, mərhum ailəsinin istəyinə əsasən, bu gün və ya sabah dəfn olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Qubada ağır qəza: 1 ölü, 2 yaralı var – FOTO/VİDEO
Qeyd edək ki, bu gün Qubanın 2-ci Nügədi kəndində "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb. Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin İnci İlham qızı Səfərli dünyasını dəyişib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.