"Hər kəs öz əməllərinə görə cavabdeh olmağı bacarmalıdır, günahkar axtarmamalıdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirərkən deyib.
“Sən (Paşinyan nəzərdə tutulur - red.) öz məsuliyyətini daşımalısan və günahkar axtarmamalısan. Özü də o, bunu hər məsələdə edir. Dövlət xadimi ilə yoldan keçən və öz ölkəsinin maraqlarını düşünməyən bir adam arasındakı fərq budur. Bir daha qeyd edirəm ki, öz addımlarına görə cavab vermək qabiliyyətinə malik olmaq lazımdır. Əks təqdirdə, bu, bir az “pis rəqqasın hekayəsi”nə bənzəyir”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığının siyasi səhv olduğunu deyib.
Bizim.Media