Qubada qəzada 23 yaşlı İnci Səfərli Bakıda Topçubaşov adına xəstəxanada tibb bacısı işləyirmiş.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, əslən Göyçay rayonundan olan İnci Səfərli Qubanın Təngəaltı kəndinə nənəsinin bacısıgilə qonaq gəlibmiş. Nənəsinin Xaçmaz rayonundan olduğu deyilir.
MÖVZU İLƏ BAĞLI:
Qubada ağır qəza: 1 ölü, 2 yaralı var – FOTO/VİDEO
Məlumata görə, sevdiyi oğlan -"Hyundai" markalı avtomobilin sürücüsü, Qəbələ rayon sakini Nihat Nəsibov onu qonaq gəldiyi evdən qaçırıb. Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.
Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar Nihat Nəsibovun və Abşeron rayon sakini İlham Salayevin vəziyyətlərinin stabil olduğu bildirilir.
Nihat Nəsibovun idarə etdiyi "Hyundai" markalı avtomobilin həqiqətən qızın qohumları tərəfindən təqib olunarkən qəza etməsi, bu və səslənən digər ehtimallar istintaqın gedişində tam məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu