Putin Ermənistana səfər edərsə, həbs olunacaq? - Moskva İrəvandan izahat istədi 

Hazırda oxunan: Putin Ermənistana səfər edərsə, həbs olunacaq? - Moskva İrəvandan izahat istədi 

153769



Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətindən Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə görə izahat istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, gələcək addımlar bu izahatın məzmunundan asılıdır.

Xatırladaq ki, daha əvvəl Ermənistan hökuməti Roma statusunu ratifikasiya üçün parlamentə göndərib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür.

Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin