Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimovun işdən azad olunması ilə bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət etdiyi bildirilir. Baş rejissorun işdən çıxma səbəbi isə açıqlanmayıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumatı təsdiqləyib:
“Qurban Məsimov Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib. İclasda açıqlamışdı ki, çoxsaylı layihələri var və o layihələr səbəbindən işdən gedir. Mənim bildiyim səbəb budur. Qurban Məsimova işində uğurlar arzulayırıq”, - deyə teatr rəsmisi əlavə edib.
Xatırladaq ki, Qurban Məsimov 2013-cü ildən bu vəzifədədir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 05.09.2023
Kukla Teatrının baş rejissorunun işdən azad olunmasının səbəbi MƏLUM OLDU – RƏSMİ
Hazırda oxunan: Kukla Teatrının baş rejissorunun işdən azad olunmasının səbəbi MƏLUM OLDU – RƏSMİ
Hazırda oxunan: Kukla Teatrının baş rejissorunun işdən azad olunmasının səbəbi MƏLUM OLDU – RƏSMİ
153756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.