Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılmasına dair Sərəncam imzalayıb.
Dövlət Turizm Agentliyindən Bizim.Media-ya bildirilib ki, Sərəncamda da qeyd olunduğu kimi, “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu altı rayonun - Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisini əhatə edəcək:
“Həmin köç yolu üzərində Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yer tutan, yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir.
Ərazidə mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni, həmçinin təbiət turizm məhsullarının yaradılması mümkün olacaq.
Yeni qoruğun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizm, kempinq, haykinq, yolsuzluq maşınları ilə hərəkət, müvəqqəti yaşayış yerlərində (alaçıq) qonaqlama və s. kimi turizm məhsullarını əhatə edən, bir sıra dağ kəndlərində turizm sənayesinin inkişafına təkan verəcək.
Digər tərəfdən, qoruq ərazisində bu və digər etnik və mədəni turizm məhsullarının inkişafı birbaşa icma əsaslı turizm dəyər zənciri yaradacağına, yerli əhali ilə birbaşa bağlı olduğuna görə köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf edəcək.
Yeni qoruğun yaradılması Qobustan, Hacıqabul və Abşeron rayonlarının iqtisadiyyatında böyük rol oynayan qış otlaq resursları sayəsində ənənəvi heyvandarlıq sahəsinə marağı artırmaqla, həmçinin turizmin zəif inkişaf etdiyi bu ərazilərdə mədəni irs və təbiət resursları əsasında turizm məhsullarının inkişaf etdirilməsinə müsbət təsir göstərəcək”.
Qurumun mətbuat xidmətinin əməkdaşı Fərəh Sabirqızı bu ayın sonunda Xınalığa mediatur təşkil ediləcəyini, görüləcək işlərlə bağlı mətbuat nümayəndələrinə həmin vaxt ətraflı açıqlama veriləcəyini deyib.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 05.09.2023
Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir? - AÇIQLAMA - FOTO
Hazırda oxunan: Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir? - AÇIQLAMA - FOTO
Hazırda oxunan: Yeni qoruğun yaradılması turizm üçün nələr vəd edir? - AÇIQLAMA - FOTO
153747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.