Prezidentin bacısından Novruz təbriki

Hazırda oxunan: Prezidentin bacısından Novruz təbriki

15374

Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Novruz bayramı münasibətilə xalqı təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində paylaşım edib.

Təbrik mətnini təqdim edirik:

“Hörmətli və Əziz Bacılar və Qardaşlar!

Hamınızı Ailələriniz, yaxınlarınızla birgə Xalqımızın qədim adət-ənənələrinə söykənən, Azərbaycan Milli Kimliyinin formalaşmasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qoy bu bahar gəlişi ilə Sizə yalnız və yalnız gözəl günlər, xoşbəxtlik, can sağlığı, sevinc gətirsin, süfrələriniz hər zaman bolluq içində olsun.

Bu il Novruzu məğrur və qalib Xalqın nümayəndələri kimi qeyd edirik. Bayram nəfəsi, abu-havası hiss olunan Qarabağ torpaqlarında yandırılan tonqallarımız bütün qəlbləri isidir.

Bu əziz gündə Vətən yolunda Şəhadət şərbətini içən Şəhidlərimizi də rəhmətlə yad edir, Qazilərimizə Allahdan cansağlığı diləyirəm.

Arzu edirəm ki, Qarabağımızı Həmrəy olaraq tezliklə dirçəldək və  bayramlarımızı Qarabağ torpaqlarında qeyd edək.

Hörmətlə, Sizin Sevil Əliyeva” deyə qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin