Qondarma "Luqansk Xalq Respublikası"nda partlayış baş verib. Nəticədə bu “respublika”da gömrük işinə rəhbərlik edən Yuri Afanasyevski yaralanıb.
Bizim.Media xəbər verir ki, məlumatlı mənbələr bu hadisədə Ukrayna Təhlükəsizlik Xidmətinin əlinin olduğunu deyir.
Qeyd edilir ki, Afanasyevski öz evində hücuma məruz qalıb. O, baş, boyun və qarın nahiyəsindən ağır qəlpə yaraları alıb. Hazırda ağır vəziyyətdə reanimasiyadadır.
Afanasevskinin general-mayor və FTX-nin mərkəzi aparatının agenti olduğu, tanınmamış “Luqansk Xalq Respublikası”nın sədri Leonid Paseçnikin maliyyələşdirilməsi ilə əlaqəli olduğu bildirilir.
Onun fəaliyyətinə Ukraynaya qarşı döyüşən silahlı qruplaşmaları maliyyələşdirmək üçün pulların yuyulması daxildir. Afanasyevski həmçinin Aİ, Böyük Britaniya, Kanada, İsveçrə və Yaponiya tərəfindən şəxsi sanksiyalara məruz qalıb.
Bizim.Media