Maqnit qasırğası XƏBƏRDARLIĞI – Kimlər diqqətli olmalıdır?

Hazırda oxunan: Maqnit qasırğası XƏBƏRDARLIĞI – Kimlər diqqətli olmalıdır?

153700

Xəbər verdiyimiz kimi günəşdəki partlayışlar maqnit qasırğalarına səbəb olur. Təbii ki, bu da öz növbəsində meteohəssas insanların rifahına və əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Sentyabrda maqnit qasırğalarından bir neçəsi gözlənilir.

İlk qasırğa bu gün 5 sentyabrda olacaq. Maqnit qasırğası orta gücdə olacaq və saat 13:00-dan başlayaraq cəmi bir neçə saat davam edəcək.

Bu saatlar meteohəssas insanlar üçün çətin keçəcək.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü maqnit qasırğasından NECƏ QORUNAQ? – Həkimdən VACİB MƏSLƏHƏTLƏR


“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. 

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu gün 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin