Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilsə nə baş verər?

Hazırda oxunan: Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilsə nə baş verər?

153659

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq olunur. 

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, Vergi Məcəlləsinin 58.8.1 maddəsinə əsasən, vergiödəyicilərinə məxsus pul vəsaitlərinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmaması vergiyə cəlb ediləcək. 

Belə ki, uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 10 faizi, həmçinin təqvim ili ərzində belə hala təkrar yol verdikdə, uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin