XİN başçısı: “Ermənistan Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır”

Hazırda oxunan: XİN başçısı: “Ermənistan Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır”

153647

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistan hər vəchlə maneçilik törədir, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib - FOTO 


Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb. 

Görüş zamanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin