İranda iki jurnalistə həbs cəzası VERİLDİ  

Hazırda oxunan: İranda iki jurnalistə həbs cəzası VERİLDİ  

153612

Tehran İnqilab Məhkəməsi iki jurnalistə üç ilədək həbs şərti cəzası hökmünü verib. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Elnaz Məhəmmədi və Negin Baqiri ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nəzarəti altında ilin hər fəslində “jurnalist peşəsi etikasının təlimi” kursunda iştirak etməlidirlər. 

Məlumata görə, hər iki jurnalistə “toplaşma və əlbirolma” ittihamı irəli sürülüb. 

Qeyd edək ki, Elnaz Məhəmmədi “Həmmihən” qəzetinin, Negin Baqiri isə “Həft Sobh” qəzetinin jurnalistləridir. (Deutsche Welle) 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin