Lənkəranda övladlığa verilən qızın qaçırılması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA 

Hazırda oxunan: Lənkəranda övladlığa verilən qızın qaçırılması iddiası ilə bağlı DİN-dən AÇIQLAMA 

153582

Lənkəranda illər əvvəl övladlığa verilən qızın bioloji ana tərəfindən qaçırıldığı iddia olunur. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Bizim.Media-ya açıqlamasında bildirib ki, azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda OLAY:  Övladlığa verilən 15 yaşlı qız QAÇIRILDI


“Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib.

Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən Təhminə Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib. Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyən olunub. Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib”. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin