Tural Abbaslının partiyası qeydiyyatdan KEÇDİ 

Hazırda oxunan: Tural Abbaslının partiyası qeydiyyatdan KEÇDİ 

153571

AĞ Partiya Ədliyyə Nazirliyi tərəfindən təkrar dövlət qeydiyyatına alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı sosial şəbəkə hesabında məlumat verib. 

O, qeyd edib ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdiyimiz məktuba bu gün səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib:

“Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılmış və bu proses yekunlaşaraq partiyamız qeydə alınıb. Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edirəm və bundan da böyük naliyyətlər arzu edirəm! Vətənimiz, xalqımız üçün xeyirli uğurlu olsun”. 
Qeyd edək ki, AĞ Partiya Yeni Azərbaycan Partiyasından sonra təkrar qeydiyyata alınan ikinci partiyadır.   

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin