İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti GƏNCƏDƏDİR - FOTO

Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti GƏNCƏDƏDİR - FOTO

153524

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Gəncə şəhərində səfərdədir.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İƏT MDİHK sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Qələbə parkını ziyarət edib.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib.

Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qələbə parkının ziyarətinədən sonra Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilib və onların ifadələri qeydə alınıb.

Xatırladaq ki nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya İƏT MDHİK nümayəndə üzvləri və Ombudsman Aparatının əməkdaşları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirir.

Qeyd edək ki, qonaqlar ötən gün işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar.

Səfərin davamında İƏT MDİHK nümayəndə heyəti İmamzadə Ziyarətgah” Kompleksi ziyarət edəcək.

Faktaraşdırıcı missiya həyata keçirəcək nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Xatırldaq ki sentyabrın 2-dən ölkəmizdə səfərdə olan İƏT MDİHK nümayəndə heyəti ötən günlərdə işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarında olublar. Onlar sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaqlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin