Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan ötən həftə üç gün Konqres Mərkəzində keçirilən canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, ifaları ilə yanaşı perfomansı üçün “dəridən qabıqdan” çıxan sənətçi səhnədəki riskli hərəkətlərinə görə müxtəlif bədən xəsarətləri alıb.
Röya bununla bağlı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü videoda məlumat verib.
“Dərim qaradır deyə o qədər də görsənmir. Amma ayağımdakı şişə baxın... Özümə deyirəm ki, nə olub axı belə olmuşam? Konsert zamanı səhnədə var gücümlə hoppanıb dizlərim üstə qalıram. Bunu etmişəm, amma yadımdan çıxıb. Yaxşı, dizi üstə oturdum belə oldum, bəs qollarım hara dəyib? Bu nə şikəstlikdir?”
Rəşad Əliyev, Bizim.Media