Ərzaq yükü 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Hazırda oxunan: Ərzaq yükü 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

153505

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq yeddi gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Bizim.Media xəbər verir ki, cəmiyyətin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin