Kürdəmirdə növbəti zəlzələ oldu

Hazırda oxunan: Kürdəmirdə növbəti zəlzələ oldu

153504

Sentyabrın 4-də Kürdəmir stansiyasından 18 kilometr cənubda - Kürdəmir rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya bildirilib ki, yerli vaxtla saat 01:19-da qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub.

Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 20:35-də Kürdəmir rayonunda qeydə alınan zəlzələnin maqnitudası 5,2-yə bərabər olub. Ocağı 52 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 5, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin