Kürdəmir rayonunda 5,2, Ağdamda isə 5 maqnitudalı zəlzələ olub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, təbiət hadisəsi 20:38-də qeydə alınıb.
Yerli telegram kanalları yazır ki, yeraltı təkanları Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ, Şirvan, Sabirabad, Ağdaş və Göyçay sakinləri hiss ediblər. Zəlzələ Xankəndidə də hiss olunub.
Bizim.Media