İran PKK-nın Suriyadan təmizlənməsi üçün Türkiyə ilə birgə çalışmalıdır - Hakan Fidan

Hazırda oxunan: İran PKK-nın Suriyadan təmizlənməsi üçün Türkiyə ilə birgə çalışmalıdır - Hakan Fidan

153473

İran PKK terror təşkilatının Suriyadan təmizlənməsi üçün Türkiyə ilə birgə çalışmalıdır.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

"Suriya və Rusiyanın iştirakı ilə 4 formatlı formatda məsələləri müzakirə edirik. Ortaq sərhəd təhlükəsizliyi və terrorla mübarizə ilə bağlı həssaslığımızı ifadə etdik.

Biz qarşılıqlı məsələləri dialoq yolu ilə həll etmək istəyirik. Biz Suriya ilə bağlı mövqeyimizi açıq şəkildə ifadə etmişik.” – deyə Hakan Fidan bildirib.

Fidan İraqın əsas və qurucu ünsürlərindən biri olan türkmənlərin vətəni Kərkükdə baş verənləri yaxından izlədiklərini bildirib.

O, qeyd edib ki, son zamanlar Kərkükdə artan PKK varlığının tez bir zamanda təmizlənilməsi lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin