Sərxan: "Görəsən Yaşar Nuriyə bunu edənlər heç vicdan əzabı çəkir?" - FOTO/VİDEO

Hazırda oxunan: Sərxan: "Görəsən Yaşar Nuriyə bunu edənlər heç vicdan əzabı çəkir?" - FOTO/VİDEO

153456

Aktyor və aparıcı Sərxan Kərəmoğlu Xalq artisti Yaşar Nuri ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, Sərxan sosial şəbəkə hesabında mərhum aktyorla 2005-ci ildə birgə çəkilən "Adam ol" filmindən kadrları izləyiciləri ilə bölüşüb.

Kərəmoğlu Xalq artistinin əməliyyatdan sonra spirtli içki qəbul etməyə vadar edən insanları sərt şəkildə tənqid edib:

"Yaşar Nurinin xəstəliyini bilə-bilə əməliyyatdan sonra "Heç nə olmaz 50 vur" deyənlər onun həyatına qıydılar. Bax belə cahil bir cəmiyyətdə yaşayırıq. İndi o adamlar görəsən heç vicdan əzabı çəkir? Nəysə, Allah böyükdür. Keçək əsas məsələyə, dədə, günün mübarək olsun, özün aramızda olmasan da".

Qeyd edək ki, Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu.

Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə almışdı. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilmişdi. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin