ABŞ prezidentlərinin kod adları AÇIQLANDI

Hazırda oxunan: ABŞ prezidentlərinin kod adları AÇIQLANDI

153446

Gizli xidmət rəsmiləri ABŞ prezidentlərinə bu günə qədər sahib olduqları kod adlarını veriblər. Üstəlik, hər bir adın öz təyinatı var.

Bizim.Media xəbər verir ki, bu barədə Encyclopaedia Britannicanın redaktoru Emi Tikkanen “11 ABŞ prezidentinin məxfi xidmət kod adları” məqaləsində bildirib.

Beləliklə, Con Kennedinin kod adı - "Lancer" olub. Bu ləqəb ona görə verilib ki, onun administrasiyası çox vaxt Lancelotun cəngavər olduğu Kral Arturun əfsanəvi cəngavər qalası olan Kamelot ilə müqayisə edilirdi.

Riçard  Nikson ən ironik kod adlarından birini alıb - "Projektor". Bu, onun Vaterqeyt qalmaqalına çevrilən hadisəni ört-basdır etmək cəhdləri ilə bağlıdır.

Cerald Forda "Parol" kod adı verilib, çünki o, sələfi Niksonu şəxsən əfv etməklə ona qarşı hər hansı mühakimə ehtimalının qapısını bağlayıb.
Cimmi Karter dərin dini inancına görə "Dyakon"dur. Ronald Reyqana siyasətçi olmamışdan əvvəl rol aldığı bir çox vestern filminə istinad edən “Xam dəri” ləqəbi verilmişdi.

Ata Corc Buş "Meşə qurdu" kod adını almışdı, amma heç kim bunun səbəbini başa düşməyib. Ancaq Bill Klinton "Qartal " idi, ehtimal ki, kəşfiyyatçıyla əlaqəsinə görə.

Oğul Corc Buş "Kəşf edən", Barak Obama isə "Reneqad" dir. Üstəlik, bu ləqəbi özü "R" hərfi ilə başlayan kod adları siyahısından seçdiyini söyləyir.

Donald Tramp kod adının “Təvazökar” olmasını istəyirdi, lakin Gizli Xidmət ona “Maqnat” ləqəbi qoyub. Co Bayden “Keltik” idi. Belə olan halda ABŞ-ın hazırkı prezidentinin kod adı vitse-prezident olduğu vaxtdan dəyişməyib. Bu, onun İrlandiya irsinə istinaddır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin