Oğuzda leysan yağdı, Qarasu çayı daşdı - FOTO

Hazırda oxunan: Oğuzda leysan yağdı, Qarasu çayı daşdı - FOTO

153433

Ötən axşam güclü leysan yağışları Oğuz rayonu ərazisində bir sıra fəsadlar yaradıb.  

Bizim.Media-nın yerli bürosu bildirir k, axşam saatlarında rayon ərazisinə güclü leysan yağıb.

Əsasən rayonun Xalxal kəndi ərazisində axan Qarasu çayında daşqın əmələ gəlib. 

Çayda suyun səviyyədinin artması nəticəsində sel-sular kənd ərazisinə düşüb və bir sıra fəsadlar əmələ gəlib. Belə ki, kənd məktəbinə gedən körpünün bir hissəsi çöküb. Eyni zamanda sel-sular bir neçə ailənin həyətinə və tövləsinə dolub. 

Qarasu çayından kənara daşan sular Xalxal kəndinin daxili yolarını da bərbad vəziyyətə salıb, asfalt yolun kənarlarını yuyub. Bununla yanaşı kəndin ərazisində bir neçə elektrik dirəyi də külək nəticəsində sıradan çıxıb.
Oğuz rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından bildirilib ki,  aidiyyəti qurumların nümayəndələri ərazidədir. Qarasu çayında baş verən fəsadarın aradan qaldırılması, həmçinin kənd daxili problemlərin həlli istiqamətində iş aparılır.  




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin