Bu ölkədə vaksin çatışmır - Prezident problemi həll edəcəyinə söz verdi

Hazırda oxunan: Bu ölkədə vaksin çatışmır - Prezident problemi həll edəcəyinə söz verdi

15342

Argentina prezidenti Alberto Fernandes ölkə əhalisini vaksin çatışmazlığı probleminin həll ediləcəyinə əmin edib.

Bizim.Media xəbər verir ki, ölkə başçısı vaksin istehsalının bütün dünyada ləngidiyini bildirib.

Səhiyyə naziri Karla Vissotti etiraf edib ki, hökumət daha çox insanı peyvənd edə bilmək üçün birinci və ikinci doza arasındakı gün sayını artırmaq imkanlarını nəzərdən keçirir.

Argentina 65 milyon dozalıq vaksinin alınması üçün müqavilələr imzalasa da, bu günədək ölkəyə cəmi dörd milyon dozalıq vaksin gətirilib.

Son 24 saat ərzində Argentinada 8 min 328 yeni yoluxma və 155 ölüm hadisəsi qeydə alınıb.

Ümumilikdə 45 milyon əhalisi olan ölkədə 2 milyon 226 min 753 nəfər koronavirusa yoluxub, 54 min 386 nəfər isə, bu xəstəlikdən həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin