Ukraynalı oliqarx İqor Kolomoyski həbs edildi - FOTO/VİDEO

Hazırda oxunan: Ukraynalı oliqarx İqor Kolomoyski həbs edildi - FOTO/VİDEO

153405

Kiyevin Şevçenkovski Rayon Məhkəməsi oliqarx İqor Kolomoyskini həbs edib. O, dələduzluq və cinayət yolu ilə əldə edilən 570 milyon qriven məbləğində olan əmlakın leqallaşdırılmasında ittiham olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Baş Prokurorluğu yayıb.

Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, bu, 2013-2020-ci illərdə baş verib. Kolomoyski həmin məbləği nəzarətində olan bank qurumlarından xaricə çıxarıb.

2021-ci ilin martında ABŞ Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatoru postunda korrupsiya ittihamı ilə ukraynalı oliqarx və onun ailəsinə qarşı sanksiyalar tətbiq edib.

Kolomoyskiyə, eləcə də həyat yoldaşına, qızına və oğluna ABŞ-a giriş qadağan edilib. Daha sonra ABŞ dövlət katibi Entoni Blinken oliqarxı Ukraynanın demokratik prosesləri və institutlarına zərbə vurmağa çalışmaqda ittiham edib.

Onun sözlərinə görə, bu, ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır. Həmçinin ABŞ Federal Böyük Münsiflər Heyəti Kolomoyskinin “yüz milyonlarla dollar”ın yuyulmasını araşdırıb. 
2017-ci ildə London Ali Məhkəməsi Ukrayna Privatbankının keçmiş sahiblərinin, o cümlədən Kolomoyskinin dünya üzrə aktivlərinə həbs qoyub. Oliqarx 2016-cı ildə Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenkonun fərmanı ilə milliləşdirilən maliyyə strukturlarından faizlər də daxil olmaqla, 2,5 milyard dollardan çox pul çıxarıb.

Xatırladaq ki, Kolomoyski bank sektoru, neft-kimya, metallurgiya, qida sənayesi, kənd təsərrüfatı sektoru və hava nəqliyyatında təmsil olunan Ukraynanın ən böyük sənaye və maliyyə qrupunun yaradıcısı olub. “Forbes Ukraine” jurnalının məlumatına görə, 2021-ci ildə onun sərvəti 1,8 milyard dollar, 2022-ci ildə 850 milyon dollar olub.
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin