“Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yükünün Xankəndiyə çatdırılmasına görə hələ də cavab gözləyirik”.
Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq 5-ci gündür ki, müvafiq bir işçi heyəti ilə burdadırlar:
“Hamı üçün məqsədimiz bəllidir. Məqsəd və məramımız ondan ibarətdir ki, iki yük maşınında olan ərzaq yükünü Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlıyacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməniəsilli sakinlərə çatdırılana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 02.09.2023
“Ərzaq yükü Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq” – Qızıl Aypara Cəmiyyəti
Hazırda oxunan: “Ərzaq yükü Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq” – Qızıl Aypara Cəmiyyəti
Hazırda oxunan: “Ərzaq yükü Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər buradayıq” – Qızıl Aypara Cəmiyyəti
153309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.