Oğuzda baş verən bıçaqlanma hadisəsinin ilkin təfərrüatları məlum olub.
Bu gecə keçmiş ər Goranboydan Oğuza gələrək həyat yoldaşını bıçaqlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, bıçaqlanma hadisəsi rayonun Bayan kəndində baş verib.
Bir müddət əvvəl boşanmış Goranboy rayon sakini 46 yaşlı Eyvaz Məmmədov keçmiş həyat yoldaşı, 40 yaşlı Nuranə Məsimovanın yaşadığı ata evinə gələrək onlarla mübahisə edib.
İlkin məlumatlara görə, tərəflər arasında mal bölgüsündən narazılıq yaranıb. Söhbət zamanı keçmiş ər əsəblərini cilovlaya bilməyib və nəticədə həyat yoldaşının qarın boşluğundan bıçaqlayıb.
Hadisə zamanı xəsarət alan Nuranə Məsimova Təcili Tibbi Yardımın köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılandan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda qadının vəziyyəti orta-ağır olaraq qalır. Baş vermiş hadisənin təfərrüatları Rayon Polis Şöbəsində araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:27 / 02.09.2023
Oğuzda 46 yaşlı kişi keçmiş arvadını BIÇAQLADI - TƏFƏRRÜAT
Hazırda oxunan: Oğuzda 46 yaşlı kişi keçmiş arvadını BIÇAQLADI - TƏFƏRRÜAT
Hazırda oxunan: Oğuzda 46 yaşlı kişi keçmiş arvadını BIÇAQLADI - TƏFƏRRÜAT
153283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.