Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024 avrokubok mövsümünün püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən "Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq. "Zirə" isə F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit" ilə münasibətləri aydınlaşdıracaq.
Digər Azərbaycan klubu "Zəngəzur" Avropa Kubokunda çıxış edəcək. A qrupunda rəqiblər "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) klublarıdır.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:56 / 01.09.2023
Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşdi
Hazırda oxunan: Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşdi
Hazırda oxunan: Azərbaycanın minifutbol klublarının rəqibləri müəyyənləşdi
153267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.