Psixoloqdan valideynlərə MÜRACİƏT – “Abituriyentlərə qarşı həssas olun”

Hazırda oxunan: Psixoloqdan valideynlərə MÜRACİƏT – “Abituriyentlərə qarşı həssas olun”

153226

“Bu günlər valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Söhbət abituriyent valideynlərindən gedir”.

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib


Onun sözlərinə görə, tələbə qəbulu prosesinə baxanda belə bir təsəvvür yaranır ki, bu bir marafondur:

“Ən pisi də odur ki, bu marafona uşaqlar yox, valideynlər çıxıb. Finişə gec çatan və yaxud çatmayan valideynlərsə cəzalandırmağa günahkar axtarırlar. Və çox zaman bu günahkar minbir əziyyətlə böyütdükləri övladları olur.  

Qəbul imtahanından zəif nəticə ilə çıxan abituriyentlər bir qayda olaraq ictimai qınağa, ən əsası da valideynlərin tənəli sözlərinə tuş gəlirlər. Həyatda bərkə-boşa düşməyən yeniyetmələrsə çox zaman belə basqılara tab gətirə bilmirlər. İradəsi zəif olan yeniyetmələrsə bəzi hallarda çıxış yolunu intiharda görürlər. Təsadüfi deyil ki, hər il qəbul vaxtı ən azı bir neçə intihar hadisəsinə şahidlik etmək məcburiyyətində qalırıq. Ona görə də indiki vaxtda valideynlər övladlarına qarşı çox həssas olmalıdırlar. Zəif göstəriciyə görə övladlarına davamlı basqı etməməlidirlər”.

Psixoloq vacib bir məqama da toxunub:

“Bizim cəmiyyətimizdə qəribə tendensiya yaranıb. Hər kəs övladına sənət, peşə yox, ali təhsil vermək istəyir. Fikirləşən yoxdur ki, ali təhsil hələ firavan həyat, uğurlu karyera demək deyil. Amma yaxşı peşə çox şey deməkdir. Məsələn, bu gün aşbaz, bərbər, maşın ustaları var ki, günlərinə 100-150 manat qaznırlar. Amma ali təhsilli o qədər fəhlə var ki… 

Yəni valideyn çalışmalıdır ki, övladına ilk növbədə gözəl tərbiyə versin. Əsl vətəndaş kimi böyüməsinə yardımçı olsun. Unutmayaq ki, 44 günlük müharibədə bizə qələbə sevincini yaşadanların ən azı 80 faizi orta təhsilli gənclərimizdir. Demək, ali təhsil hələ hər şey demək deyil. Hər bir valideyn övladına yaxşı bələdçi olmağa çalışmalıdır. 

Çalışmalıdır ki, ixtisas, sənət seçməkdə övladına yaxından kömək olsun. Lakin, indiki valideynlərin çoxu bunun əksini edirlər.

Uşaqlarının əvəzindən qərarlar verirlər. Ali məktəbin və hətta ixtisas seşimində əsas söz valideynlərdədir. Belə olmaz. Bu yolla biz övladlarımızın gələcəyini həm fiziki, həm mənəvi, həm də ki, iqtisadi baxımdan məhv edirik”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin