ASALA-nın davamçılarının Livan TƏXRİBATI – “Ləyaqətlə uduzmağı da bacarmırlar”

Hazırda oxunan: ASALA-nın davamçılarının Livan TƏXRİBATI – “Ləyaqətlə uduzmağı da bacarmırlar”

153186

Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycanın Livandakı səfirliyinə hücum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına förə, Bakının Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Livandakı səfirliyimizə hücum ANI – VİDEO


Aydın məsələdir ki, ermənilərin bu sayaq təxribatları özlərinin dərin narahatlıq keçirmələri və panika içində olmalarının Belə ki, onlar hələ də 44 günlük müharibədə məğlubiyyətlərini, Azərbaycanın dünya miqyasında mövqeyinin möhkəmlənməsini həzm edə bilmirlər.

Ermənilər bununla başlıcası sülh sazişinin irəliləməsinə əngəl olmağa çalışır. Hadisə bir daha göstərir ki, ermənilər, onların xaricdəki diaspor təşkilatları müasir dövrdə belə yenə də ASALA-nın terror taktikasını davam etdirirlər. 

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, Livandakı hadisənin pərdəarxasında dünya ermənilərinin məkirli siyasəti dayanır:

“Ermənistan müharibədə məğlub olduqdan sonra, onlar günü-gündən daha da geriyə gedir. Hələ də onlar özlərini toparlaya bilməyib. Sıralarında ciddi pərakəndəlik hökm sürür. Bir sözlə, Ermənistanın indiki durumu onların nə dərəcədə bərbad vəziyyətdə olduqlarının göstəricisidir. İrəvan özünün suveren hüquqları ilə davrana bilmir, prioritet və siyasi məqsədlərini müəyyən etməkdə acizlik göstərir. 

Belədə onların gücü yalnız və yalnız terrora əl atmağa, cinayətkarlığa çatır. Hətta Azərbaycanın “Qarabağ” futbol klubu xaricdə çıxış edən zaman erməni icmalarının nümayəndələri özlərilə silah, dəmir və s. alətlər gətirməklə məxsusən oyunun keçirildiyi stadionlara gəlirlər. Bu hərəkətlərilə azərbaycanlı azərkeşlərə təpki göstərməyə, oyunda problem yaratmağa çalışırlar”. 

Ekspertə görə, onların bu hərəkətləri acizlik və carəsizlikdən irəli gəlir:

“Bu da Azərbaycan dövlətinin apardığı siyasətin son dərəcədə uğurlu və səlis olmasının nəticəsidir. Faktiki olaraq, düşmənə hər hansı bir istiqamətdə, döngədə ölkəmizə problem yaratmağa, sıxışdırmalarına imkan vermirik. Ona görə də ermənilərin cılızlıq və ucuzluğundan irəli gələn belə çirkin addımlarının şahidi oluruq. 

Ermənilər ləyaqətlə uduzmağı da bacarmır. Ermənilər bu vandal hərəkətlərilə tək Azərbaycana deyil, həm də dünya birliyinə təhdid törədir. Erməni icmalarının olduğu ölkələrin hamısında terror mənbələri ilk növbədə bilavasitə onlarla bağlıdır. Həmin dövlətlərin hökumətləri və ictimaiyyəti bu məsələləri gündəmdə saxlamalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin