Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə CAVAB VERDİ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə CAVAB VERDİ 

153174

Qərbi Azərbaycan İcması ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır. 

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın yaydığı açıqlamada qeyd olunub. 

“Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin mətbuat katibinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, ABŞ-ın yalnız Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyindən, “blokada”dan danışıb Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarına və qayıdışına toxunmaması ədalətsiz və qəbuledilməz yanaşmadır. 

Bütün bunlar, eləcə də Qərbi Azərbaycan İcmasının dövlət katibi Antoni Blinkenə ünvanladığı məktuba hələ də cavab verilməməsi rəsmi Vaşinqtonun məsələlərə ikili standartlar prizmasından yanaşdığını göstərir. 
Qərbi Azərbaycan İcması eyni zamanda ABŞ-ı “bütün açıq qalan məsələlər” kimi artıq köhnəlmiş narrativlərdən istifadə etməməyə çağırır” – məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin