Ermənilər “Laçın” məntəqəsində növbəti dəfə sərbəst KEÇDİ  

Hazırda oxunan: Ermənilər “Laçın” məntəqəsində növbəti dəfə sərbəst KEÇDİ  

153150

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib. 

Bizim.Media xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib. 

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var. 
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin