Xəstəxana direktorunun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Xəstəxana direktorunun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

153145

TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib. 

Bu barədə Bizim.Media-ya Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-in Qusar rayon rəsmisi VƏFAT EDİB 


Bildirilib ki, o, dünən saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb. 

Qeyd edək ki, Paşayev Kamran Rafiq oğlu 27.05.1970-ci il tarixində Quba şəhərində anadan olub. 1976-cı ildən 1987-ci ilədək Qubada 3 saylı orta məktəbdə təhsil alıb.

1988-1994-cü illərdə Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasında təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1994-1999-cu illərdə Rusiyada həkim-cərrah kimi fəaliyyət göstərib. 1999-cu ildə Azərbaycana qayıdıb və 2010-cu ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərib.

2010-cu ildən 2021-ci ilə qədər sözügedən tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri kimi çalışıb. 2021-ci ildən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasında direktorun səlahiyyətlərini icra edib. 6 iyul 2022-ci il tarixindən etibarən Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin