Qusarda Aqrar İnnovasiya festivalı keçirilib.
Bizim.Media xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Festival çərçivəsində iştirakçılara mövsümün 4-cü toxum sərgi-satış yarmarkası təklif olunub.
Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan toxum yarmarkasında şimal bölgəsinin Quba, Xaçmaz, Qusar, Xızı, Şabran, Siyəzən rayonlarının fermerləri və toxum istehsalçıları iştirak edib.
Festivalda çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov məlumat verib ki, bugünkü tədbirdə 30-a yaxın toxumçu, 60-a yaxın şirkət öz məhsullarını nümayiş etdirir. Növbəti festival sentyabrın 8-də Ağcabədi rayonunda keçiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu