Siyəzənin Zarat kəndində leysanın fəsadları nə vaxt aradan qaldırılacaq? – FOTO/VİDEO 

Hazırda oxunan: Siyəzənin Zarat kəndində leysanın fəsadları nə vaxt aradan qaldırılacaq? – FOTO/VİDEO 

153064

Siyəzən rayonunun Zarat kəndində iki gün öncə evlərini su basmış sakinlər böyük narahatlıq  içərisindədirlər.  Evləri sel basıb, həyətləri bərbad vəziyyətdədir. 

Bizim.Media-ya danışan Həmidə Əlyarova deyir ki, ötən gün axşam saatlarında FHN-nin Yanğından Mühafizə Hissəsinin əməkdaşları ev və həyətlərdən suyu çəkiblər, amma dediklərinə görə, proses yarımçıq aparılıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü yağış şimal-qərb bölgəsində fəsadlar TÖRƏTDİ   


"Dünən axşam suyu çəkməyə gəldilər. Amma evlərdən tam çəkməyiblər. Qaynım Nahid Əlyarovun evinin altı sudur, suyu tam çəkmədilər". 

Həmidə Əlyarova deyir ki,qonşuların da evi pis vəziyyətdədir. Həyətlər lil-palçıq içindədir, fəsadlar tam aradan qaldırılmayıb. 

Siyəzən icra hakimiyyəti başçısının Zarat İnzibati Dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov məlumat verib ki, ötən gün icra başçısı Novruz Novruzov selin fəsadları olan ərazidə olub. Onun FHN-nin Şimal Regional Mərkəzinə müraciətindən sonra yanğınsöndürənlər evlərdən suyun çəkilməsini təmin ediblər. 

Zarat kəndində elektrik, su, qaz sarıdan hazırda problem yoxdur.

Sakinləri əsasən həyətlərini lil basması narahat edir. Onlar evlərinə dəyən zərərin ödənilməsini istəyirlər. 

Zarat kəndində güclü sel səbəbindən fəsadların tam aradan qaldırılmaması ilə bağlı iddialara FHN-nin Şimal Regional Mərkəzindən də münasibət bildirilib. 

Qurumdan məlumat verilib ki, iki gün öncəki seldən sonra Siyəzənin Zarat kəndində də dərhal fəsadların aradan qaldırılmasına başlanılıb: 

“Su anbarını sel suları basmasından təmizlənib. Ötən gün də təkrar Zarat kəndində yanğınsöndürən qüvvələrimiz, ümumilikdə, 6 evin təmizlənməsi həyata keçirilib. Qeyd etmək lazımdır ki, həyətləri basmış lil və palçığın təmizlənməsi yanğınsöndürən texnikaların işi deyil. 

Bu işi həyata keçirmək üçün digər qurumların texnikası çağrılmalıdır. FHN-nin qüvvələri öz işlərini həm Zarat kəndində, həm Xızı rayonunun Giləzi qəsəbəsində və  fəsadlar törənmiş digər yerlərdə layiqincə yerinə yetirib.
Qaldı ki, dəyən zərərin ödənilməsinə və tam aradan qaldırılmasına, bu proses rayon Fövqəladə Hallar Komissiyasının Nazirlər Kabinetinə müraciətindən sonra vəsait ayrılacağı təqdirdə həyata keçirilə bilər”.  



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin