“Paris meri siyasi hoqqabazlıqlara son qoymalıdır” – İcma 

Hazırda oxunan: “Paris meri siyasi hoqqabazlıqlara son qoymalıdır” – İcma 

153054

“Fransa Azərbaycana qarşı təxribatları davam etdirir. Bu dəfə estafet Parisin meri Ann İdalqo başda olmaqla, fransız şəhərlərindən “humanitar yardım” şousu təşkil edən heyətə ötürülüb”. 
Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından bildirilib. 

"Bu gün “timsah göz yaşı” tökən Ann İdalqo kimi rasist təfəkkürlü adamlar heç bir zaman Azərbaycan ərazilərinin işğalını, azərbaycanlıların Ermənistandan və vaxtilə işğal edilmiş ərazilərdən qovulmasını, Xocalı soyqırımını pisləməyiblər, əksinə Ermənistana və erməni diasporuna qoşulub qürrələniblər.
Ann İdalqo və onunla gələn fransız heyət siyasi hoqqabazlıqlara, dini təəssübkeşlik əsasında azərbaycanlılara qarşı nifrətə son qoymalıdır" - məlumatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin