Azərbaycan Televiziyasının solisti, “Böyük səhnə” mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova ən böyük yunan adası sayılan Kritin cənub-şərq nöqtəsi Elafonisiyə yollanıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən təmiz çimərliyində istirahətin dadını çıxaran sənətçi “body”də cazibədar pozlar verib.
Yaqubova sözügedən paylaşımına “Cənnətdəki kimi...” qısa şərhini yazıb.
Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb.
Rəşad Əliyev, Bizim.Media