Taekvondoçumuz Beynəlxalq İdman Festivalında bürünc medal qazandı - FOTO 

Hazırda oxunan: Taekvondoçumuz Beynəlxalq İdman Festivalında bürünc medal qazandı - FOTO 

152969

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondoçumuz Adil Eyvazov bürünc medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Vladimir Mısovla qarşılaşıb. Rəqibinə 0:2 hesabı ilə uduzan Eyvazov bürünc medalı aktivinə yazdırıb. 

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. 
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin