Zaxarova Qarabağdakı ermənilərə SƏSLƏNDİ: “Əgər hansısa razılıq əldə olunubsa, onu reallaşdırmaq lazımdır”

Hazırda oxunan: Zaxarova Qarabağdakı ermənilərə SƏSLƏNDİ: “Əgər hansısa razılıq əldə olunubsa, onu reallaşdırmaq lazımdır”

152965

“Rusiya sülhməramlı kontingentinin vəzifəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onların Bakı ilə birbaşa dialoqu kontekstində mümkün olan hər cür köməyin göstərilməsidir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən hıftılik brifinqdə çıxışı zamanı bildirib. 

O, razılaşmaların yerinə yetirilməsini Bakı ilə Qarabağın erməni sakinləri arasında danışıqların zəmanəti adlandırıb: 

“Əgər hansısa razılıq əldə olunubsa, üstəlik yüksək səviyyədə imzalarla təsdiq edilibsə, o zaman başqa şərhlərlə, başqa konstruksiyalar düşünüb tapmaqla, üçüncü, hətta beşinci və onuncu tərəfləri cəlb etməklə məşğul olmaq əvəzinə, mövcud razılaşmanı reallaşdırmaq lazımdır. Razılaşmaların reallaşdırılmasında hərc-mərclik başladığı an zəmanət arxa plana keçir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin