“Ukrayna adı ilə satılan duzlar SAXTADIR” – XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Ukrayna adı ilə satılan duzlar SAXTADIR” – XƏBƏRDARLIQ 

152948

Dövlət Statistika Komitəsinin 7 aylıq hesabatına əsasən, bu ilin yanvar-iyul aylarında ölkədə 40,6 min ton qida duzu istehsal olunub. Başqa sözlə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 0,7 faiz və ya 284 ton artıb. 

Cari ilin iyun ayı ilə müqayisədə isə iyulda artım 43,7 faiz və ya 2,1 min ton təşkil edib. İyul ayında 6,9 min ton qida duzu istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 2,4 min ton təşkil edib.

Bu artımı müsbət hal kimi dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda istehsal olunan bu duzun 65 faizi neft sənayesi digər sahələrə yönəldilir:
 

MÖVZU İLƏ BAĞLI:

Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? – AÇIQLAMA  


“Əsasən də qazmada və digər məsələlərdə istifadə olunur. İstehsalın artımının əsas səbəbi, sənayenin inkişafı ilə bağlıdır. Somali kimi dövlətdə əhalinin bu məhsula tələbatı 70 faizə qədərdir. Ölkəmizdə isə bu 35 faizə yaxındır ki, bu da sənayenin inkişafının əsas göstəricisidir. Digər ölkələrdə də duz amili bu baxımdan həmişə öndə olub”.

Müsbət addımlarla yanaşı, narahatedici bir vacib məsələni diqqətə çatdıran, AİB sədri bildirdi ki, bu gün ölkədə xeyli miqdarda saxta duz məshulunun da istehsal olunuğunu bildirdi: 

“Artıq bir neçə ildir ki, Ukraynadan ölkəmizə duz idxal olunmur, amma qərb bölgəsindəki əsas satış məntəqələrində bu ad altında saxta məhsullar satılır. Digər narahatedici məqam isə odur ki, bəzi duzların tərkibi natruim-xlorla zəngindir. Hazırda satışda bir kiloqramı həm 8 manata, həm də 0.60 manata olan duzlar var. Bunların da tərkibində natruim-xlor var.   

E.Hüseynov onu da diqqətə çatdırdı ki, azad bazar iqtisadiyyatının imkanlarından istifadə edən bəzi işbazlar digər ölkələrdən də saxta məhsullar gətirməyə başlayıblar: 

“Bazarlarda və satış məntəqələrində “Altayki sol”, “Morskoy sol” adı altında açıq satış həyata keçirilir. Bunların çoxunun tərkibində yod yoxdur. Halbuki, yod çatışmamazlığı xəstəlikləri bu cür hallar səbəbindən yayılır. “Yod çatışmamazlıqları xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması” haqqında qanunun 8.3-cü maddəsinə əsasən, ölkədə bu cür məhsulların satışı qadağandır. Ancaq təəssüf ki, bu gün əmtəə bazarında olan duzların 10 faizdən çoxu yodsuzdur və yüksək qiymətə satılır”. 

AİB sədri, Naxçıvanda istehsal olunan duz məhsullarından da narazı olduğunu dilə gətirdi: 

“Biz bu məhsulun keyfiyyətindən razı deyilik. Rəngi çox qaradır və təmizlənmə aparılmır. İstehsalçıya çağırış edərək bildirirəm ki, bu məhsulu duz standartlarına uyğun, tam təmizlənmiş, ağ və kristal şəklində istehsal etsinlər. Məhsul mütləq qara elementlərdən təmizlənməlidir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin