“Fransa Azərbaycanın da mövqeyini nəzərə almalıdır” - Zaxarova 

Hazırda oxunan: “Fransa Azərbaycanın da mövqeyini nəzərə almalıdır” - Zaxarova 

152943

“Fransa Bakı-İrəvan münasibətlərinin normallaşması üzrə vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib. 

"Bir tərəfdən, biz dəfələrlə bildirmişik ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə Rusiyanın səylərinə zidd olmayan, bu səyləri təkrarlamayan istənilən təşəbbüsü müsbət qarşılayırıq. 
Digər tərəfdən, Fransanın bu istiqamətdə aktivliyi bizə yaxşı məlumdur. Ən az bunun qədər önəm daşıyan isə odur ki, bu cür vasitəçilik səyləri çərçivəsində ilk növbədə hər iki tərəfin, yəni həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Bu olmadan onsuz da gərgin olan vəziyyətin tənzimlənməsində hər hansı irəliləyiş gözləməyə dəyməz", - o deyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin