30 avqust dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur. Biz, itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və əzizlərini onlarla birlikdə yad edirik.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib.
Qeyd olunub ki, münaqişə ilə bağlı Azərbaycanda hələ də 3,800-dən çox itkin düşmüş insan var:
"Onların on minlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır. On illər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz, səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik.
Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11,000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (bundan sonra Dövlət Komissiyası) təhvil vermişik.
2008-2012-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük.
Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:51 / 30.08.2023
BQXK: Münaqişə ilə bağlı Azərbaycanda 3800-dən çox itkin düşmüş insan var
Hazırda oxunan: BQXK: Münaqişə ilə bağlı Azərbaycanda 3800-dən çox itkin düşmüş insan var
Hazırda oxunan: BQXK: Münaqişə ilə bağlı Azərbaycanda 3800-dən çox itkin düşmüş insan var
152941
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.